NASA tarixin ən nadir fotosunu yaydı

18 İyul 2019 15:37 (UTC+04:00)

ABŞ-ın Milli Kosmos İdarəsi (NASA) Günəşin bu günə qədər ən ləkəsiz halının fotosunu yayımlayıb.

Foto NASA-nın Beynəlxalq Kosmos Stansiyası (ISS) ilə Günəşin üz-üzə qaldığı vaxt çəkildiyi bildirilib.

Fotoqraf Rayn Kolakurciyo tərəfindən çəkilən foto haqda NASA-dan verilən açıqlama belə olub:

“Günəşlə üz-üzə qalmaq ISS üçün qeyri-adi bir vəziyyətdir. Qarşılaşma sırasında isə doğru bir mövqeni seçib belə bir fotonu çəkmək də nadir hallardan biridir. Qəribədir, bu fotonu çəkərkən Günəşin üzərində heç bir ləkə yox idi”.(teleqraf.com)

AzNews.az