Misirdə intiharçı-terrorçu partlayış törətdi - Ölənlər var

18 İyul 2019 15:45 (UTC+04:00)

Misirdə güclü partlayış baş verib.

Sinay yarımadasında Şeyx Zuveyd şəhərində avtomobil dayanacağında intiharçı-terrorçu özünü partladıb.

Məlumata görə, insident nəticəsində biri Misir Təhlükəsizlik Qüvvələrinin əməkdaşı olmaqla 2 nəfər həlak olub.

Daha 3 nəfərin yaralandığı bildirilir.

Hadisə ilə bağlı başqa detallar açıqlanmır.(trend.az)

AzNews.az