Yaponiyadakı dəhşətli yanğında 33 nəfər öldü

18 İyul 2019 17:39 (UTC+04:00)

Yaponiyanın Kioto şəhərində yanğının baş verdiyi anime studiyasında ölənlərin sayı 33 nəfərə çatıb, xəsarət alanların axtarışı başa çatıb.

Bu barədə NHK telekanalı şəhər yanğınsöndürmə xidmətinin nümayəndələrinə istinadən məlumat verib.

Azı 36 nəfər isə yaralanıb. Onlardan 10 nəfərinin vəziyyəti ağırdır.(report.az)

AzNews.az