Mühacirət alveri - VİDEO

18 İyul 2019 18:16 (UTC+04:00)
AXCP fəallarının mühacirət alveri ilə bağlı telefon danışıqlarının audioyazısı sosial şəbəkələrdə yayılıb.

Alverin əsas fiqurlarından biri Xalq Cəbhəsinin fəalı Türkel Azərtürkdür. Telefonun o biri ucundakı isə Almaniyada yaşayan azərbaycanlıdır. Tərəflər başqa bir azərbaycanlıya mühacir statusunun verilməsi ilə bağlı sövdələşirlər.

Mühacir statusunun verilməsi ətrafında alver barədə söhbətlər uzun müddətdir gedir. Bir çox hallarda dövlət orqanlarının sənədlərinin saxtalaşdırılması, Avropa ölkələrinin miqrasiya xidmətlərinin saxta sənədlərlə aldadılması faktları da üzə çıxıb. Bir neçə dəfə saxta sənədlərlə sığınacaq almış şəxslərin Avropadan kütləvi deportasiyasının da şahidi olmuşuq.

Bu görüntülər Avropada çəkilib. Kef məclisində iştirak edənlərin əksəriyyəti Azərbaycana qarşı kampaniyanın fəallarıdır. Məsələn, avro səpən şəxs AXCP sədri Əli Kərimlinin əmisi oğlu İnqilab Kərimovdur. Onun da adı mühacir alverində hallanır. Saxta sənədlərlə mühacir statusunun satışı şəbəkəsinin digər halqası da bu videoda görünür. Bu, özü də Avropa ölkələrini aldadaraq Fransaya qaçan Məhəmməd Mirzəlidir.

Bir müddət əvvəl Avropada yaşayan Tural Sadıqlının da onlarla adamı siyasi mühacir statusu almaq adı ilə aldatdığı və pullarını mənimsədiyi üzə çıxmışdı. Eynilə bu yazıda adı çəkilən Xəqani Xəlilov kimi. Almaniyanın Nürnberq şəhərinə gedən Xəqani Xəlilov üçün guya Azərbaycanda polis tərəfindən axtarıldığına dair saxta sənədlər də hazırlanıb...