"Azəriqaz" bu il 85 yaşayış məntəqəsini və massivini qazlaşdıracaq

18 İyul 2019 18:45 (UTC+04:00)

Aznews.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, 2019-cu ildə regionlarda 58 yaşayış məntəqəsinin, 27 yeni yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulub. Bu ilin yanvar-mart aylarında Ağcabədi, Ağsu, Beyləqan, Gədəbəy və İsmayıllı rayonlarının 14 kəndində qazlaşdırma tam başa çatıb və ümumilikdə 2 569 fərdi ev qazla təmin edilib.

İstismara hazır olan məntəqələr (kənd və qəsəbələr) barədə mütəmadi olaraq məlumatlar veriləcək.