Azərbaycan paralimpiyaçısı Tokio2020-də iştirak hüququ qazanıb

18 İyul 2019 19:39 (UTC+04:00)

Təmsilçimiz bu uğura Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında imza atıb.

E. Hüseynov (107 kq) 217 kq çəki qaldırmaqla, dünya reytinqində 4-cü yerini möhkəmləndirib. Bu isə ona Tokio-2020-də iştirak hüququ verib. (APA)