Xəzərdə 19 yaşlı gənc boğulub

18 İyul 2019 20:53 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyindən Aznews.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonunda dənizdə, qeyri-çimərlik ərazidə 1 nəfərin çimərkən batması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 2000-ci il təvəllüdlü Abbasov Sadiq Vüqar oğlunun meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.