Emil Balayevin komandası avrokuboklarla vidalaşıb

18 İyul 2019 21:38 (UTC+04:00)

Qapıçımızın komandası Lüksemburqun “Jeness” klubu ilə üz-üzə gəlib.

Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda hesabı qazaxıstanlılar açıb. Lakin qonaqlar ikinci hissədə E.Baleyevin qoruduğu qapıya yol tapıb – 1:1.

90 dəqiqə meydanda olan qolkiperin penaltidən buraxdığı bu top “Tobol”un mübarizəni dayandırması ilə nəticələnib. İlk oyunda qolsuz heç-heçə edən Qazaxıstan təmsilçisi evdə buraxılan topa görə yarışla vidalaşıb. (APA)