Bakıda 2 nəfər taksi sürücüsünə qarşı quldurluq etdi

19 İyul 2019 04:49 (UTC+04:00)

Səbail rayonunda quldurluq hadisəsi baş verib.

Hadisə Badamdar qəsəbəsində qeydə alınıb.

Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, Yasamal rayonu, Mahir Əliyev küçəsində iki nəfər naməlum şəxs 35 yaşlı Orxan Bağırovun taksi fəaliyyəti ilə məşğul olduğu “ Daewoo” markalı minik avtomobilini saxlayıb. Onlar müştəri kimi avtomobilə əyləşərək Badamdar qəsəbəsi istiqamətinə gediblər. Orada naməlum şəxslər O.Bağırovu döyərək onun 65 manat pulunu alıblar.

Hadisəni törədən şəxslər polis tərəfindən axtarılır.