Bakıda mebel sexi yandı

19 İyul 2019 10:02 (UTC+04:00)

Bakı şəhərində mebel sexi yanıb.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Nərimanov rayonunda mebel sexi yanıb. Yanğın nəticəsində sexin içərisində taxta materialları, tullantıları və yaxınlıqda dayanan “Ford” markalı yük avtomobilinə ziyan dəyib.

Tikilinin və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzNews.az