Yaşlı kişi Yaponiya səfirliyinin qarşısında özünü yandırdı

19 İyul 2019 11:02 (UTC+04:00)

Cənubi Koreyada yaşlı kişi Yaponiyanın Seuldakı səfirliyinin qarşısında idarə etdiyi avtomobilin içərisində özünü yandıraraq intihar edib.

"Yonhap" agentliyi xəbər verir ki, 70-dən yuxarı yaşı olan naməlum kişi yerli vaxtla gecə 3:30 radələrində avtomobilini səfirliyin giriş qapısının qarşısında saxladıqdan dərhal sonra tezalışan maddələrdən, o cümlədən butan qazından istifadə etməklə avtomobilin içərisini yandırıb. Güclü yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılan şəxsin həyatını xilas etmək mümkün olmayıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları intiharın motivlərini araşdırır.(AZƏRTAC)

AzNews.az