Bakıda sərnişin avtobusu krana çırpılıb

8 May 2013 15:20 (UTC+04:00)


Bakının Xətai rayonu ərazisində sərnişin avtobusu qəzaya uğrayıb. Mili.Az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, bir neçə dəqiqə öncə metronun "Həzi Aslanov" stansiyasının yaxınlığında sərnişin avtobusu kranla toqquşub.

Xeyli xəsarət alanlar var. Hadisə yerinə təcili yardım maşınları gəlib. Qəzaya səbəb avtobusun sürətlə idarə edilməsi olub.

AzNews.az