Azərbaycan XİN Yaponiyaya başsağlığı verdi

19 İyul 2019 11:46 (UTC+04:00)

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Yaponiyanın Kioto şəhərində animasiya studiyasında baş vermiş yanğın zamanı ölənlərin ailələrinə başsağlığı verib.

Bu barədə XİN-in “Tvitter” səhifəsində məlumat verilir.

Məlumatda deyilir: “Yaponiyanın Kioto şəhərində animasiya studiyasında baş vermiş yanğında həyatını itirənlərə görə kədərlənirik. Yaponiya xalqına, yanğın zamanı həyatını itirənlərin ailələrinə başsağlığı verir, yaralılara isə şəfa diləyirik”.

AzNews.az