Lənkəranlı dindarlara şərti iş kəsildi

8 May 2013 15:38 (UTC+04:00)
Dekabrın 5-də Lənkəranın Kiçik Bazar "Hüseyniyyə" məscidində baş vermiş insidentə görə rayon polis şöbəsində cinayət işi qaldırılaraq həbs edilən İlkin Əsədov və polis nəzarətinə götürülən İbrahim Azadov barəsində hökm oxunub.

Bu barədə AzNews.az-a vəkil Anar Qasımlı özü məlumat verib. Vəkil bildirib ki, Lənkəran Rayon Məhkəməsində baş tutan məhkəmə prosesində hər iki şəxsə 2 il sınaq müddəti ilə 3 il şərti cəza verilib. İlkin Əsədov məhkəmə zalından birbaşa azadlığa buraxılıb.

Qeyd edək ki, məhkəmə prosesi Elçin Kazımovun hakimliyi ilə baş tutub.

Anar
AzNews.az