Qara dəniz iki rəngə boyandı

19 İyul 2019 13:11 (UTC+04:00)

Türkiyənin Akçakoca yaşayış məntəqəsində dünən yağan yağışdan sonra Melen çayına axan palçıqlı sel suları Qara dənizi qəhvə rənginə bürüyüb.

AzNews.az məlumat verir ki, 2 rəngin birləşdiyi dəniz havadan görüntülənib.

Esmahanım kəndində isə daşqınlara görə itkin düşən 7 nəfərin tapılması üçün araşdırmalar aparılır.

Səidə Vahid

AzNews.az