Ramiz Alıyev yeni internet televiziyası yaratdı

19 İyul 2019 14:47 (UTC+04:00)

Tezliklə maraqlı verilişlər, reportajlar, müzakirələr və müsahibələrlə media ailəsinə qovuşacaq televiziyanın əsas məqsədi ölkəmizdə və dünyada baş verən ictimai-siyasi, hadisələri işıqlandırmaq, media aləminə töhfələr verməkdir.

Tamaşaçılar televiziyanın efrində vətənpərvərlik, araşdırma, təhlil xarakterli verlişlərlə yanaşı, tanınmış siyasətçilər və diaspor nümayəndələri ilə vaxtaşırı müsahibələr, həmçinin sosial -iqtisadi, mədəni sahələrdən verlişlər izləyə biləcək.

"Kanal 5”in fəaliyyəti həmçinin www.kanal5.az saytı ilə yanaşı, bütün sosial şəbəkələrdə (instagram: @kanal5_tv , facebook: "Kanal 5 tv”, Youtube: "Kanal 5” ) işıqlandırılacaq.(azxeber.com)

AzNews.az