Putin azərbaycanlı veteranları təbrik etdi

8 May 2013 15:50 (UTC+04:00)


APA-nın "Rossodrujestvo"nun Azərbaycandakı nümayəndəliyinə istinadən yaydığı məlumata görə, veteranların evlərinə gedən Rusiya səfirliyinin əməkdaşları təbrik məktublarını onlara təqdim ediblər.

Rusiya prezidenti təbrikində qələbənin əldə olunmasına verdikləri töhfəyə görə veteranlara təşəkkür edib və cansağlığı arzulayıb.

AzNews.az