Ər-arvad mənzildə ölü tapıldı

19 İyul 2019 16:50 (UTC+04:00)

Bağlı qapı arxasında qalan ər-arvad dünyasını dəyişib.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Yasamal rayonunda 2 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Onlar mənzilin giriş qapısını açanda 1942-ci il təvəllüdlü Məmmədova Esmira Tələt qızının və 1955-ci il təvəllüdlü Məmmədov Aydın Nizami oğlunun meyitləri ilə qarşılaşıb.

AzNews.az