Bu futbolçulara rüşvət təklif edildi - DÇ-2022 mundialını tənqidə görə

19 İyul 2019 16:55 (UTC+04:00)

İngiltərə futbol yığmasının sabiq oyunçuları Sol Kempbell və Sten Kollimora “Dünya Çempionatı – 2022”ni tənqid edəcəkləri təqdirdə rüşvət təklif edilib.

AzNews.az xəbər verir ki, bu haqda məlumatıGulf Times” nəşri yayıb.

Sol Kempbell

Sten Kollimor

Mənbənin məlumatına görə, futbolçulara Londonda nəzərdə tutulan konfransda 2022-ci ildə Qətərdə baş tutacaq dünya çempionatını tənqid etmək təklifi irəli sürülüb.

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Mişel Platiniyə görə Qətəri 2022-ci ildə mundial keçirmək hüququndan məhrum edə bilərlər.

Təşkilatın sabiq rəhbəri seçkilər zamanı DÇ-2022-nin Qətərdə keçirilməsi üçün rüşvət aldığı iddia edilir.

Babək Göyüş

AzNews.az