Ən yüksək balı o yığdı

19 İyul 2019 17:56 (UTC+04:00)

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 2019-cu il iyulun 7-də keçirilən qəbul imtahanlarının nəticələrini elan edib.

İmtahanda III ixtisas qrupu üzrə 1 abituriyent maksimal nəticə – 400 bal toplayıb.

Həmin abituriyent Bakı şəhəri 192 nömrəli məktəbin məzunu Zülfiyeva Səbinə Novruz qızıdır.

O, məktəbi də fərqlənmə attestatı ilə bitirib.(qafqazinfo.az)

AzNews.az