ABŞ rəsmisi: "İran danışıqlara hazır olması ilə bağlı siqnallar göndərir"

19 İyul 2019 22:10 (UTC+04:00)

Belə bir fikirləri ABŞ-ın maliyyə nazirinin müavini Siqal Mandelker səsləndirib.

“Əlbəttə, biz iranlıların danışıq masasına oturmağa hazır olduqları ilə bağlı göndərdikləri siqnalları görürük. Sual yaradan məqam odur ki, bu siqnallar doğrudurmu, bu, hələlik cavabsız qalıb”, - deyə Mandelker bildirib. (APA)