Tovuzda 16 yaşlı oğlanı avtomobil vurub

19 İyul 2019 23:48 (UTC+04:00)

Avtoqəza Qovlar şəhərində qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Məhərrəmov Məhəmməd Qoşqar oğlu yolu keçmək istəyərkən onu "VAZ 2107" markalı minik maşını vurub. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Qəzanın araşdırılması ilə əlaqədar sürücü saxlanılıb və ifadəsi alınıb. (APA)