Bu işdə İngiltərə xüsusi xidmət orqanlarının əli yoxdur - Putin

20 İyul 2019 09:16 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putin Rus hərbi kəşfiyyatının keçmiş polkovniki Sergey Skripalın zəhərlənməsində İngiltərə xüsusi xidmət orqanlarının əli olduğuna inanmır.

AzNews.az xəbər verir ki, bu barədə o, amerikalı rejissor Oliver Stouna müsahibəsində danışıb.

"Dürüst olsaq, mən bunun belə olduğuna tam inanmıram", - deyə o, bildirib.

Rusiya prezidenti Skripalın harda olması barədə "Mənim bir fikrim var. Nəticədə o, casusdur. O, həmişə gizlənir" deyib.

Putin Skripalın mətbuata verə biləcəyi informasiyaya malik olub-olmadığını şərh edib: "Mən buna şübhə edirəm. Nə cür informasiyaya sahib ola bilər ki?".

Pərvanə

AzNews.az