Əlcəzair futbolçuları Afrika Millətlər Kubokunun qalibi oldu

20 İyul 2019 02:01 (UTC+04:00)

İyulun 19-da Misirdə təşkil olunan futbol üzrə Afrika Millətlər Liqasının final oyunu keçirilib.

Həlledici görüşdə Əlcəzair və Seneqal milli komandaları qarşılaşıblar. Görüş Əlcəzair yığmasının minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.

Matçda yeganə qolu 2-ci dəqiqədə Əlcəzair millisinin hücumçusu Bunecah vurub.

Qeyd edək ki, bu, Afrika Millətlər Kubokunda Əlcəzairin ikinci çempionluğudur.