Xaçmazda piyadanı maşın vurdu

20 İyul 2019 10:27 (UTC+04:00)

Xaçmazda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Hadisə Heydər Əliyev küçəsində qeydə alınıb. Xəsarət alan Xaçmaz rayon sakini Cümşüd Heydər oğlu Qeybullayev Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir. (APA)