Zlatan İbrahimoviç Didye Droqbanın rekordunu təkrarladı

20 İyul 2019 12:37 (UTC+04:00)

İsveç yığmasının sabiq futbolçusu Zlatan İbrahimoviç MLS-in rekordunu təkrarlayıb.

35 yaşdan sonra iki dəfə het-trik edən 2-ci futbolçu olub.

Z.İbrahimoviçə qədər yalnız Didye Droqba Şimali Amerikanı bu yaşında iki dəfə het-triklə təəccübləndirmişdi. İsveçli Los-Anceles derbisində fərqlənib. O, çıxış etdiyi “Qalaksi”nin “Los-Anceles” üzərində 3:2 hesablı qələbəsinə üç qolla töhfə verib. İlk het-trikini ötən mövsüm “Orlando” ilə matçda gerçəkləşdirən Z.İbrahimoviç D.Droqbanın 2015-ci ildəki nailiyyətini təkrar edib. (APA)