Belarusda azərbaycanlı "qanuni oğru"ya hökm oxundu – 10 il

20 İyul 2019 12:50 (UTC+04:00)

Minsk məhkəməsi azərbaycanlı qanuni oğru Rəşad İsmayılovu (Rəşad Gəncinski) 10 il azadlıqdan məhrum edib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Belarus” yayıb.

Qeyd edək ki, İsmayılov keçən ilin noyabrında Belarusda saxlanılıb. Saxlanılan zaman onun üzərində Makarov, TT markalı tapançalar, 14 döyüş patronu və həşiş aşkarlanıb. Digər tərəfdən, həmçinin, onun Belarusa saxta Rusiya sənədi ilə gəldiyi də müəyyən edilib.