Türkiyənin Ərzincan şəhərində kütləvi zəhərlənmə baş verib.
Türkiyə KİV-lərinə istinadən verilən məlumata görə, şəhərin mərkəzində təşkil orduya yollanma mərasimlərindən sonra qonaqlar banketə dəvət edilib.
Banket zamanı iştirakçılardan bir neçəsi özünü pis hiss edib. Ümumilikdə xəstəxanaya 21-i uşaq olmaqla 56 nəfər yerləşdirilib.
Bildirilir ki, onlara ilkin tibbi yardım göstərilib və hazırda həkimlərin nəzarəti altındadırlar. (Trend)