Tovuzda avtomobil qəzası - 1 nəfər öldü

20 İyul 2019 13:37 (UTC+04:00)

Tovuzda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

Hadisə şəhər ərazisində Mərkəzi Xəstəxananın yaxınlığında qeydə alınıb. Qəza nəticəsində 1 nəfərin öldüyü bildirilir.

Hazırda hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. (Report)