Ermənistanda yeni etiraz aksiyası keçiriləcək - KİV

20 İyul 2019 14:13 (UTC+04:00)

Ermənistanda yaxın zamanlarda İcevandakı hadisələrə oxşar yeni etiraz aksiyalarının baş verəcəyi gözlənilir.

Bu barədə Ermənistanda çıxan “Past” qəzeti yazıb.

Bildirilib ki, Göycə (Sevan) gölü sahillərindəki yaşayış məntəqlərinin, xüsusi ilə Sovaqyux kəndinin sakinləri etiraz aksiyası keçirməyə hazırlaşır. Onlar göldə balıq ovunun yasaqlanmasına etiraz aksiyası keçirəcəklər. Onlar kənd yaxınlığından keçən dövlətlərarası trası bağlamaq niyyətindədirlər.

Ermənistan Milli təhlükəsizlik Xidməti mətbuat katibliyinin məlumatına əsasən,“Sevan” milli parkının bir neçə filialının rəhbərlərinə qanunsuz balıq ovuna rüşvət qarşlığında icazə verdikləri aşkarlanıb.

Qeyd edək ki, iyulun 17-də İcevanda yüzlərlə insan etiraz aksiyası keçirib. Onlar küçələri bağlayaraq meşədən maneəsiz və nəzarətsiz odun daşımağa nail olmaq istəyiblər.(report.az)

AzNews.az