Zamiq Hüseynov yeni klipini təqdim etdi - VİDEO

20 İyul 2019 21:03 (UTC+04:00)

AzNews.az xəbər verir ki, o, musiqisi özünə, sözləri İsmayıl Əsədova məxsus "Maya naqrada" adlı mahnını ekranlaşdırıb. Zamiq bu dəfə iki obrazda kamera qarşısına keçib. Sənətçinin klipdəki geyimi özəl hazırlanıb. Ekran işinə də ifaçının özü rejissorluq edib. Layihənin prodüseri Azər Kərimovdur.

İfaçı klip haqda “Mahnının musiqisi özümüzə aiddir. Sözləri çox xoşuma gəldi. Bir hissəsi Azərbaycan, digəri rus dilindədir. 40-a yaxın yeni mahnımız var, amma bu, bizi daha çox oynatdı və klip çəkdirmək qərarına gəldik. Klipdə obraz, stilist işi, dekorasiya- bir sözlə hər şey mənə aiddir" deyib.

AzNews.az