ABŞ-da 6 nəfər istidən öldü

20 İyul 2019 21:58 (UTC+04:00)

“CBS” telekanalı xəbər verir ki, hava temperaturunun kəskin dəyişməsi nəticəsində azı altı nəfər həyatını itirib.

Onlardan dördü Merilend, biri Arizona, daha biri isə Arkanzas ştatında vəfat edib.

Məlumata görə, istilər ABŞ-ın Orta Qərb və şərq sahillərində yaşayan 200 milyonadək insana təsir edə bilər.

Bazar günü bu ərazilərdə havanın temperaturu 32 dərəcədən yuxarı qalxa bilər.(qafqazinfo.az)

AzNews.az