İran enerji birjasında neft satacaq - Tarix açıqlandı

20 İyul 2019 23:08 (UTC+04:00)

23 avqustda İran Milli Neft Şirkəti yüngül nefti enerji birjasında satışa çıxaracaq.

Bu barədə İranın Milli Neft Şirkəti məlumat yayıb.

Məlumata görə, birjada satışa çıxarılacaq 2 milyon barel neftin hər bir barelinin ilkin qiyməti 61,62 dollar olacaq.

İranın Milli Neft Şirkəti bildirir ki, müştərilər alqı-satqıdan sonra 3 ay ərzində yükü təhvil ala bilərlər və yükü İranın Milli Neft Şirkətinin təsdiqlədiyi bölgələrdə təhvil almaq mümkündür.

İran 28 oktyabr 2018-ci ildən başlayaraq enerji birjasında xam neft və qaz kondensatlarını satışa çıxarıb. İndiyədək 1,085 milyon barel xam neft enerji birjasında satılıb.(trend.az)

AzNews.az