Bakıda yeniyetmə oğlan itkin düşdü

20 İyul 2019 22:50 (UTC+04:00)

Sabunçu rayonunda 15 yaşlı oğlan axtarılır.

Bu barədə məlumat Sabunçu Rayon Polis İdarəsindən verilib.

Belə ki, 2004-cü il təvəllüdlü Hümbətov Nicat Nazim oğlu Maştağa qəsəbəsində yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Sabunçu RPİ həmin şəxsin axtarışına başlayıb.(apa.az)

AzNews.az