Təyyarə ticarət mərkəzinə düşdü - Ölənlər var

20 İyul 2019 22:33 (UTC+04:00)

Almaniyada kiçik mühərrikli təyyarə ticarət mərkəzinin binasına düşüb.

Bu barədə "Bild" xəbər verir.

Bildirilir ki, hadisə ölkənin cənub-qərbində, Baden-Vyurtemberqdə qeydə alınıb.

Qəza zamanı 3 nəfər həlak olub. Onlar 56, 57 və 77 yaşlı şəxslərdir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları qəza ilə bağlı təhqiqat aparır.(report.az)

AzNews.az