Ukraynada növbədənkənar parlament seçkiləri keçirilir

21 İyul 2019 09:24 (UTC+04:00)

Yerli vaxtla saat 08.00-da seçki məntəqələri açılıb və səsvermə başlayıb.

Səsvermə saat 20.00-da başa çatacaq.

Seçkilərdə 24 partiya və birmandatlı dairələrdən 3 min 220 namizəd iştirak edir. Deputatların yarısı proporsional, yarısı majoritar dairələrdən seçiləcək. Parlamentdə təmsil olunmaq üçün partiyaların 5 faizlik baryeri keçməsi lazımdır. (APA)