Pakistanda nəzarət-buraxılış məntəqəsinə və xəstəxanaya hücum olub, 7 ölü, 24 yaralı

21 İyul 2019 12:24 (UTC+04:00)

Bu barədə "Dawn" nəşri məlumat yayıb.

Hadisə Xayber-Paxtunxva əyalətinin Dera-İsmail-Xan şəhərində baş verib. Öncə dörd motosikletlə hərəkət edən silahlı şəxslər polis nəzarət-buraxılış məntəqəsinə hücum ediblər, daha sonra xəstəxanada partlayış olub. Ölənlər arasında 4 polis, 3 mülki şəxs var.

Polis isə öncə bir qadının quraşdırdığı partlayıcı qurğu vasitəsi ilə partlayış törədildiyini açıqlayıb.

Polis araşdırma aparır. (APA)