BNA: Ekspres xətt avtobusları daşımalara hazırdır

21 İyul 2019 16:34 (UTC+04:00)

BNA-dan Aznews.az-a verilən məlumata görə, nəqliyyat planına uyğun olaraq, iyulun 19-dan festivalda iştirak edəcək atletlərin, komanda üzvlərinin və qonaqların müəyyən olunmuş obyektlər üzrə daşınması davam etdirilir.

İyulun 21-i saat 17:30-dan isə açılış mərasiminin keçiriləcəyi Bakı Kristal Zalı istiqamətində ekspres marşrut xətti üzrə daşımalara başlanılacaq. Artıq X1 xətti üzrə avtobuslar Səməd Vurğun bağı Dilarə Əliyeva küçəsində və Hüseyn Cavid prospekti metronun “Elmlər Akademiyası” stansiyası ətrafında hazır vəziyyətə gətirilib.

Qeyd edək ki, festivalla bağlı nəqliyyat əməliyyatlarının icrasına Bakı Nəqliyyat Agentliyinin 100 nəfərdən artıq əməkdaşı cəlb edilib.