Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun ölüm xəbəri yayıldı

21 İyul 2019 17:12 (UTC+04:00)

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov vəfat edib. O, kəskin böyrək çatışmazlığından dünyasını dəyişib.

AzNews.az xəbər verir ki, bu barədə politoloq və Avrasiya problemlərinin Monitorinqi Mərkəzinin direktoru Aslan Rubayev "Danışır Moskva" radiostansiyasının yerli mənbəsinə istinadən məlumat verib.

O, bunu türkmən iş adamlarından öyrəndiyini deyib. Onun sözlərinə görə, xüsusi xidmət orqanlarında çalışan insanlar Prezidentin məzuniyyətdə olduğu zaman öldüyünü bildiriblər.

Qeyd olunur ki, Qurbanqulu Berdiməhəmmədov iyulun 15-də məzuniyyətə çıxıb.

Siyasətçinin ölümü haqqında həmçinin ərəb ölkələrində teleqram-kanal məlumat verib. Bundan başqa, yerli müxalif Youtube kanalı bildirib ki, Prezident iyulun 20-də vəfat edib.

Bu informasiyanın hazırda rəsmi təsdiqi və ya təkzibi haqda məlumat yoxdur.

Babək Göyüş

AzNews.az