Qurbanqulu Berdiməhəmmədovun Dosyesi

21 İyul 2019 18:33 (UTC+04:00)

Xəbər verildiyi kimi, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov dünyasını dəyişib.

AzNews.az xəbər verir ki, ancaq bu haqda Aşxabaddan rəsmi açıqlama verilməyib.

Türkmənistan dövlət xadimi Qurbanqulu Məlikqulu oğlu Berdiməhəmmədov 2007-ci ildən etibarən Türkmənistanın ikinci prezidenti seçilib.

O, 29 iyun 1957-ci ildə Türkmənistan SSR-in Aşqabat vilayətinin Göytəpə rayonunun Babarap kəndində anadan olub.

1979-cu ildə Türkmənistan Dövlət Tibb İnstitutunun ilk öncə Stomatologiya fakültəsini, sonradan isə aspiranturasını bitirib. Tibb elmləri namizədidir. Əmək fəaliyyətinə 1980-ci ildə həkim-stomatoloq kimi başlayıb.

1990—1995 — Terpapevtik stomatologoya kafedrasının assistenti, dosent, Türkmən Dövlət Tibb İnstitutunun Stomatologiya fakültəsinin dekanı.

1995—1997 — Türkmənistan Səhiyyə və Tibb Sənayesi Nazirliyinin Stomatologiya mərkəzinin müdiri.

1997-ci ildən etibarən — Türkmənistanın Səhiyyə və Tibb Sənayesi naziri.

2001-ci ildən etibarən — Türkmənistanın Nazirlər Komitəsinin sədrinin müavini. 2006-cı ilin noyabrında Minskdə keçirilmiş MDB sammitində Türkmənistanı təmsil edib.

Türkmənistanın birinci prezidenti Saparmurat Niyazovun vəfatından sonra Dəfnetmə komissiyasına başçılıq edib və Dövlət Şurasının qərarı ilə prezidentin səlahiyyətlərini icra edib.

26 dekabr 2006 il tarixində Xalq Şurasının 2507 nəfər nümayəndəsinin yekdil dəstəyi ilə Türkmənistanın prezidentliyinə namizədliyini irəli sürüb.

11 fevral 2007 il tarixində keçirilmiş prezident seçkilərində 89,23% səsləri toplayaraq qalib gəlib.

Qurbanqulu Berdıməhəmmədovun inauqurasiya mərasimi 14 fevral 2007-ci il tarixində baş verib. 2017-ci il 12 fevralda keçirilən prezident seçkilərində seçicilərin 97.69 faizinin səsini toplayaraq 3-cü dəfə yenidən prezident seçilib.

Mükafatları bunlardır:

"İnkişaf" ordeni, "Prezident ulduzu" ordeni, "Müstəqil Türkmənistana olan böyük sevgisinə görə" ordeni, "Vətənə sevgiyə görə" medalı, "Türkmənistan müstəqilliyinin 11 illiyinə görə" medalı, "Altın Ay" medalı və "Şeyxülislam" ordeni.

Babək Göyüş

AzNews.az