Əli Kərimli yalan-dolan hoqqaları ilə kimi aldadır

21 İyul 2019 18:57 (UTC+04:00)

AXCP-dən ayrılanların uğurları

“Bütöv Azərbaycan Xalq Cəbhəsi”, “Klassik Xalq Cəbhəsi”, “Azadlıq”, “Milli Dirçəliş”, “Böyük Quruluş”, “Demokratik İslahatlar”, “Aydınlar” və digər qrupların AXCP-dən ayrılaraq siyasi partiyaların yaradılmasının əsil səbəbləri zamanla açıqlanmışdır. Əsil fakt ondan ibarətdir ki, AXCP-dən ayrılan bütün qruplar sadəcə Əli Kərimlini suçlu hesab etmişlər. Məsələnin maraqlı görünən tərəfi odur ki, AXCP-dən ayrılaraq yeni partiya yaradanların əksəriyyəti Azərbaycanın siyasi həyatında uğurlar əldə etmiş, dəfələrlə parlamentə seçkilərdə uğur qazanmışlar. Ölkənin daxili ictimai-siyasi həyatında, eləcə də beynəlxalq miqyasda dövlətimizi layiqli şəkildə təmsil edirlər. Həmin partiyaların qərargahlarının mövcudluğu isə elə onların uğurlu addımlarından biri hesab olunur. Ölkəmizin inkişafı istiqamətində daim səmərəli təklifləri ilə cəmiyyətin diqqət mərkəzində olublar. AXCP-dən ayrılan qrupların öz siyasi partiyalarını yaratmaları Azərbaycanın demokratik mühitində xüsusi rolunun olması indi danılmaz həqiqətlərdən biridir. Bu siyasi partiyaların fumksionerləri həm də respublikamızın bütün bölgələrində yerli bələdiyyələrdə ləyaqətlə təmsil olunurlar.
Əli Kərimli isə, AXCP-yə daim yeni qrupları müxtəlif şirnikləndirici vasitələrlə cəlb etməklə özünün “siyasi lider” imicini qorumaq taktikası ilə hərəkət edir. Ötən 19 il ərzində Əli Kərimli AXCP-nin rəhbəri kimi bu təşkilata hansı uğurları qazandırıb? Bu suala çoxsaylı cavabları tapmaq heç də çətin deyil. Bunun üçün Əli Kərimlinin 19 il ərzində yürütdüyü “qrant biznesi”, “mühacir biznesi”, “Çin, Rusiya, Ukrayna və Belarus respublikalarındakı istehsalat-ticarət şəbəkəsi” digər əməllərini kifayət qədər sübut edən dəlillər mövcuddur.

Çamurların üfunət qoxusu

Əli Kərimli BBC radiosuna serial müsahibəsində ölkəmizdə baş verən inkişafa “kölgə” salmaq çabalarını nümayiş etdirir. Ölkə prezidenti İlham Əliyevin kənd təsərrüfatı sektorunun inkişafı ilə bağlı imzaladığı sərəncamlardan irəli gələn “tütünçülük”, “pambıqçılıq”, “maldarlıq”, “ipəkçilik”, “tərəvəzçilik”, “bostançılıq”,
“meyvə bağlarının” və digər sahələrdə əldə olunan uğurları görməzlikdən gəlmək ən azından vicdansızlıq və şərəfsizlikdir. AXCP sədri Əli Kərimli saxtakarcasına iddialar irəli sürərək qeyd edir ki, pambıqçılıq sahəsində əhalini məcburi qaydada işlədilər. Halbuki kənd yerlərində torpaq sahələri çoxdan, mərhum prezident Heydər Əliyevin hakimiyyəti dönəmində əhali arasında ədalətli şəkildə “pay torpaqları” statusu ilə bölünmüşdür. İndi ölkəmizin aqrar sektorunda minlərlə fermer təsərrüfatları fəaliyyət göstərir.

Aqrar sektorun inkişafı ilə bağlı “lizinq” sistemi tətbiq olunur.
Əli Kərimli ölkəmizdə turizmlə bağlı son illərdə aparılan uğurlu addımları da ləkələyir. Qeyd edək ki, turizm ölkəmiz üçün tamamilə yeni sahədir. İnkişaf etmiş ölkələrdə turizm onilliklər sayəsində indiki yüksəliş çağını yaşayırlar. Azərbaycan isə bu yeni sahədə uğurlar əldə etməklə yanaşı, həm də turizm sənayesi sahəsinin sürətli inkişafı mərhələsinə qədəm qoyubdur. Turizmin intellektual səviyyədə inkişafı istiqamətində “Turizm və Sosial Xidmətlər üzrə Peşə Təhsil Mərkəzi”, “İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi”, “Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi”, “Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi”, “Qusar Peşə Liseyi”, “İsmayıllı Peşə Tədris Mərkəzi”ndə regionşünaslıq, sosial iş, muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması, menecment, marketinq, turizm və otelçlik, ektrimal və dağ turizmi, turizm biznesinin təşkili və texnologiyası, turizmdə menecment və marketinq, turizmdə informasiya texnologiyaları və digər sahələr üzrə peşəkar kadrlar hazırlanır. Bu nəhəng ideyanın həyata kelçirilməsi üçün ölkə prezidenti İlham Əliyev 2006-cı il 5 iyul st tariixndə “Azərbaycan Turizm İnstitutu” yaradılıbdır.

ATƏT-in adından “siyasi alver” məqsədi

Uzun illərdir müxalifət partiyaları, xüsusilə də AXCP beynəlxalq təşkilatların ölkəmizlə bağlı hesabatlarında yer alan xüsusi əhəmiyyət daşımayan qüsurlarla bağlı qeyd və açıqlqamaları dərhal gündəmə gətirməklə məqsədli şəkildə tirajlayaraq xaos yaratmağa cəhd olunur. Xüsusilə “insan haqları” məsələsini süni şəkildə qabartmaqla AXCP öz varlığını isbat etməyə çalışır. Müsahibədə qeyd olunur ki, Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin o qədər dərin mahiyyət daşımır. Halbuki, Azərbaycanın dövlət olaraq, Aİ ilə dərin münasibətləri son illərdə daha da inkişaf edib. Transqafqaz kommunikasiya, neft-qaz boru xətlərinin, dəmir yollarının və digər nəqliyyat xətlərinin ən müasir standartlar çərçivəsində inkişafı Aİ-nin də təqdir etdiyi strateji faktlardan biridir. İnsan haqları məsələsində qeyd etməliyik ki, bu sahədə dünyanın istənilən ölkəsində hər zaman problemlər olur. Azərbaycanı ayrıca göstərmək tamamilə gülüncdür.

Aİ və Azərbaycan arasında çoxsaylı strateji əməkdaşlıq müqavilələri var. Ölkəmiz etibarlı tərəfdaş kimi daim öz üzərinə götürdüyü öhdəliklərə daim əməl edib. AXCP və sədri Əli Kərimli Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi və Qarabağ probleminin həlli istiqamətində heç zaman addım atmayıb. Çünki bu problemləri qabardacağı təqdirdə beynəlxaql təşkilatlardan qrant ala bilməyəcək. Onun bu gün “Azərbaycanda siyasi məhbuslar”ın hüquqlarının müdafiəsi adı altında atdığı addımlar dövlətçiliyimizə qarşı məqsədli xarakter daşıyır. Ona görə ki, mövcud demokratik dövlət quruluşunun əsas qanunu Konstitusiyanın dəyişdirilərək “şəriət dövləti” qurmaq üçün silahlı dəstələr quran və terrorizmə dəstək verən qrupların AXCP və onun sədri Əli Kərimli tərəfindən müdafiə olunması hansı qanuna və məntiqə sığır?

ATƏT və beynəlxalq insan haqları təşkilatlarını aldadaraq “Azərbaycanda siyasi məhbus” alverini aparan Əli Kərimlinin bütün hoqqalarının pərdə arxası məntiqi bu hədəflərlə ölçülür.

Demokratiyadan dəm vuran diktator

Bu gün Azərbaycandakı partiyaların palitrasında təkcə AXCP-də rəhbərə biət, yəni Əli Kərimlini bütləşdirmək siyasəti yürüdülür. Ona görə ki, təşkilatda plüralizm heç zaman olmayıb. 19 ildir qurultay keçirməyən AXCP-nin acınacaqlı taleyinin əsil sirri bu fakta söykənir. Qanunla azından iki ildə bir dəfə qurultay keçirməli olan AXCP hər dəfə bəhanələr gətirərək qurultay keçirməkdən imtina edir. Kərimli və yandaşları isə belə iddia ilə partiya funksionerlərini aldatmaq taktikası ilə hərəkət edirlər: “AXCP genişmiqyaslı qurultay keçirmək istəyir. Hakimiyyət isə, məhdud salon, ya da Bakının mərkəzindən xeyli uzaqda yer ayırır”. Halbuki qurultay keçirməkdən qorxan və biabır olacaq dan çəkinən Kərimli üçün bu mötəbər tədbirin keçirilməməsi məntiqli hesab olunur. 19 ildir AXCP-nin şəriksiz lideri statusu sayəsində özünə və ailəsinə “biznes” yaradan Əli Kərimli bu təşkilatın üzvlərini istismar etməklə məşğuldur. Sözdə siyasi plüralizm və demokratiyadan dəm vuran Kərimlini kim tənqid edirsə, dərhal onun çevrəsindəki saxta sosial şəbəkələr hərəkətə keçirlər. Özü haqqında “məzlum” obrazını yaratmaq isə, Kərimlinin köhnə şakəridir. Heç zaman demokrat olmağı bacarmayan Kərimli hətta digər siyasi rəqiblərinə də qarşı kin-küdurət bəsləyir. Bu faktı sübut edə biləcək minlərlə fakt vardır.

Qeyd edək ki, dövlət olmadan demokratiya ola bilməz. Dövlət demokratiyanın təsbiti və ifadə olunması və sistemləşməsi üçün əhatələndirici müstəvidir, sistemləşdirici tərəfdir, həm də qoruyucu, varlığı təmin edən bütövləşdirici elementdir. AXCP və onun sədri Kərimlinin adicə bu məntiqdən xəbəri yoxdur. Çünki demokratiyadan danışmaq hələ demokrat olmaq demək deyil.

Ə. Yusifoğlu