Türkmənistanın Rusiyadakı səfirliyindən açıqlama - "Bu, tamamilə yalandır

21 İyul 2019 19:10 (UTC+04:00)

Türkmənistanın Rusiyadakı səfirliyinin nümayəndələri respublikanın lideri Qurbanqulu Berdiməhəmmədovun vəfatı ilə bağlı KİV-in yaydığı məlumatları təkzib ediblər.

AzNews.az xəbər verir ki, bu barədə məlumatı TASS Moskvada diplomatik missiyanın əməkdaşına istinadən yayıb.

"Bu, tamamilə yalandır. Biz bu məlumatları təkzib edirik", - deyə agentliyə mənbə bildirib.

Bundan əvvəl KİV mənbələrə istinadən Berdiməhəmmədovun ölümü barədə məlumat verib.

Babək Göyüş

AzNews.az