Türkmənistan lideri Almaniyaya aparılıb? - Aşqabad yenə də susur

21 İyul 2019 20:30 (UTC+04:00)

Türkmənistan müxalifəti növbəti dəfə Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun (Arkadağ) vəfatı haqqında xəbər dərc edib.

AzNews.az xəbər verir ki, müxalifət resurslarının əsaslandığı məlumatlara görə, prezidentin ölümü böyrək xəstəliyi üzündən baş verib. Baxmayaraq ki, belə şayiələr hələ bu ilin may ayında yayılmışdı və dövlət xronikası tərəfindən rədd edilmişdi. Ancaq onların yaranması üçün bütün əsaslar var. Yəqin ki, türkmən lideri təcili olaraq Almaniyada xəstəxanaya yerləşdirilib.

Berdiməhəmmədovun ölümü ilə bağlı xəbərləri növbəti dəfə müxalifətçi Youtube kanalı - "Erkin Turkmenistan" yaydı. Aşqabadda "yerli müxbirlər" ə istinadən kanalın müəllifi deyib: "Diktator kəskin böyrək çatışmazlığından dünyasını dəyişib. Paytaxtda və bütövlükdə ölkədə vəziyyət hələ ki, aydın deyil".

"Erkin Turkmenistan" qeyd edir ki, varis ilə bağlı məsələ hələ də həll olunmayıb. Müxalifət Berdiməhəmmədovun ölümü və ya təkzib haqqında məlumatların açıqlanmasını gözləyir. Oxşar məlumatlar may ayında ortaya çıxmağa başladı. Təxminən bu vaxt məlum oldu ki, Türkmənistana təcili olaraq Türkiyə həkimləri briqadası gəlmişdi.

"Türkmənistan Xronikası"nın məlumatına görə, mayın 21 — də səhər saatlarında ölkəyə 10 həkim uçub. Bundan başqa, briqadanı Reabilitasiya Mərkəzindən olan ixtisaslaşdırılmış həkim müşayiət edib.

Lakin xronika o zaman belə şayiələrin yayılmasının əleyhinə idi. ATƏT-in rəsmi saytı, məsələn, mayın 21-də Berdiməhəmmədovun təşkilatın fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçakı qəbul etdiyi zaman xəbəri yaydı. Türkmənistan televiziyası ilə nümayiş etdirilən xəbər reportajında isə həmin görüşdən kadrlar var idi. Amma Türkmənistan lideri ondan sonra həqiqətən də 10 gün "buxarlanıb”. Bu, iyulun 5-də Nazirlər Kabinetinin geniş iclasını keçirdikdən sonra baş verdi. Berdiməhəmmədovun yox olması faktının səbəbi dövlət KİV-i tərəfindən işıqlandırılmayıb. "Yoxa çıxma" ilə bağlı bütün suallara cavab vermək cəhdi Dövlət Televiziyasının 15 iyulda Arkadağın məzuniyyətə çıxması barədə bəyanatı olub. TV Berdiməhəmmədovun kitab yazdığını, çay içdiyini və ailəsi ilə vaxt sərf etdiyini görən kadrları yaydı.

Prezident ölsə belə, çətin ki, arxaik dövlət maşını bu barədə ictimaiyyətə tez xəbər versin. Məsələn, Özbəkistanda İslam Kərimovla belə oldu. Bununla yanaşı, xəbərlərin yalnız şayiələr olması, yerli mənbələrin Prezidentin anasının səhhətinin ağır olduğu haqqında məlumatları dilə gətirib. Onların məlumatlarına görə, Oqubalat Berdiməhəmmədova ölümlə üz-üzə dayanıb.

Turkmenyurt xəbər verir ki, yaşına və bir sıra xroniki xəstəliklərə görə, son illər ərzində o, daim həkimlərin nəzarəti altında olub. Çox böyük ehtimalla, türk həkimlərini ona görə çağırıblar. Yeni tibb mərkəzlərinin tikintisinə və yerli tibbin uğurlarına baxmayaraq Arkadağ, həm də onun yaxın qohumları xarici həkimlərin xidmətlərindən istifadə etməyi üstün tuturlar. Şübhəsiz ki, Türkmənistanın imkanı olan digər sakinləri də belə etməyə çalışırlar.

Türkmənistan kimi mühafizəkar ölkə üçün, təbii ki, Prezident ətrafı yalnız onun həyatı haqqında deyil, həm də qohumlarının həyatı haqqında məlumatları minimuma endirməyə çalışır. İddia edilən ölüm məlumatları bu sistemin bağlanmasına meydan oxuyur və varis məsələsini qaldırır. Berdiməhəmmədovun sələfindən fərqli olaraq böyük klanı var. Məlumdur ki, prezident oğlu Sərdar Qurbanquliyeviç Berdiməhəmmədov 2016 — cı ilin noyabr ayında ölkə Məclisinə (Parlamentinə) deputat seçilmişdir. Yəqin ki, o, prezidentin yerini ala biləcəklərin siyahısında "bir nömrə" olacaq (doğrudur, onun guya ev dustaqlığı altında olduğu barədə şayiələr artıq ortaya çıxdı). Berdimuhamedovun kiçik qızı Gülşən Atabayeva həyat yoldaşı ilə birlikdə Parisdə yaşayır və Türkmənistanın Fransadakı Ticarət nümayəndəliyində fəaliyyət göstərir. Əlbəttə, Prezidentin ətrafındakı qadınların, məsələn, bacılarının nə dərəcədə nüfuzlu olduğu haqda kifayət qədər miflər var, lakin onların siyasi çəkisi haqqında fərziyyə ekspert səviyyəsində təsdiqini tapmır.

Hazırda Türkmənistanda Prezidentin vəziyyəti ətrafında şayiələrə qarşı mübarizəyə başlanılıb. Türkmənistanda məmurlar əhali ilə, xüsusilə qohumlarının xaricdə yaşadığı və internetə çıxışı olanlarla iş aparmağı təklif ediblər. Güc nazirlikləri xəbərdarlıq edirlər ki, "arzuolunmaz" informasiya daha çox onunla əlaqə saxlayan qohumlar vasitəsilə ötürülür.

Babək Göyüş

AzNews.az