"Twitter" İran KİV-lərinin akkauntlarını blokladı

21 İyul 2019 21:11 (UTC+04:00)

"Twitter" sosial şəbəkəsi bir sıra İran KİV-lərinin fars dilində olan akkauntlarını bloklayıb.

"Tasnim" agentliyinə istinadən verilən məlumata görə, İRNA, YJC və Mehr agentliklərinin fars dilindəki akkauntları bloklanıb.

Bu agentliklərinin digər dillərdəki akkauntları aktivdir. Eyni zamanda İranın bir sıra fiziki və hüquqi şəxslərinin akkauntları da bloklanıb. (APA)