Türkmənistan rəhbərinin vəfatını yayan politoloq üzr istədi

21 İyul 2019 22:41 (UTC+04:00)

Türkmənistan Prezidentinin vəfatı barədə məlumat yayan Avrasiya problemlərinin Monitorinqi Mərkəzinin direktoru, politoloq Aslan Rubayev Facebook-da bildirib ki, informasiya təsdiqlənməyib.

AzNews.az xəbər verir ki, o, bu fakta görə şad olduğunu deyib.

Rubayev bildirib ki, məlumatlar ona təqdim edən mənbə tərəfindən təkzib edib.

O, həmçinin üzr istəyib.

"Prezidentin doğmaları və yaxınlarından, eləcə də bütün Türkmənistan vətəndaşlarından üzr istəyirəm", — deyə o yazıb.

Əvvəllər müxtəlif mənbələr Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun dünyasını dəyişdiyini bəyan ediblər. Bildirilirdi ki, bu, onun məzuniyyəti zamanı baş verib.

Türkmənistanın Rusiyadakı səfirliyi prezident Qurbanqulu Berdiməhəmmədovun vəfatı barədə məlumatı yalan adlandırıb.

Babək Göyüş

AzNews.az