Türkmənistanın Bişkekdəki səfirliyi də məlumatı təkzib etdi

21 İyul 2019 22:57 (UTC+04:00)

Türkmənistanın Qırğızıstandakı səfiri Şadurda Meredov KİV-də Berdiməhəmmədovun ölümü barədə peyda olan məlumatı təkzib edib.

AzNews.az xəbər verir ki, bir sıra KİV-lər iyulun 21-də Türkmənistan prezidenti Berdiməhəmmədovun vəfatı barədə məlumat veriblər.

Səfir rəsmi təkzibin sonra olacağını bildirib:

“Qırğızıstan XİN-in təqdim etdiyi məlumat saxtadır”.

Babək Göyüş

AzNews.az