UEFA "Fənərbaxça"nı 2 milyon avro cərimə etdi

21 İyul 2019 23:57 (UTC+04:00)

İstanbulun "Fənərbaxça" futbol klubu gəlirlərin xərcləri üstələməsi qaydalarına riayət etmədiyinə görə, UEFA tərəfindən 2 milyon avro məbləğində cərimə olunub.

Cəriməyə Klubların maliyyə vəziyyətlərinə nəzarət üzrə Məhkəmə Palatasının (CFCB) İstanbul klubunun 2018-ci ilin hesabat dövründə ziyansızlıq göstəricisi hədəfini yerinə yetirmədiyini müəyyən etməsi səbəb olub.

Bundan əlavə qurum müsbət maliyyə balansı olmayacağı təqdirdə "Fənərbaxça"nın 2020/21 və 2021/22-ci illər mövsümündə UEFA klub turnirlərində yeni oyunçuların qeydiyyatı məhdudlaşdırılacaq.

Eyni zamanda kluba yuxarıda göstərilən mövsümlərdə turnirlərdə 23-dən çox futbolçu qeydiyyata almaq məhdudiyyəti şamil ediləcək. (Report)