Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru vəfat etdi

22 İyul 2019 11:34 (UTC+04:00)

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Yukiya Amano vəfat edib.

Bu barədə "Reuters" xəbər verir.

Daha əvvəl "Reuters" BAEA baş direktorunun 2020-ci ilin mart ayında, yəni vaxtından əvvəl istefa vermək niyyətində olduğunu məlumat vermişdi.

72 yaşlı yapon diplomat BEAE-yə 2009-cu ilin dekabr ayından rəhbərlik edirdi.

O, 2017-ci ilin sentyabrında üçüncü dördillik müddətə təsdiqlənərək 30 noyabr 2021-ci il tarixinədək BEAE baş direktoru vəzifəsini icra edirdi.

Artıq BAEA-nın mətbuat xidməti də məlumatı təsdiqləyib.(report.az)

AzNews.az