İranda CIA casusu olmaqda şübhəli bilinən 17 nəfər tutuldu

22 İyul 2019 12:00 (UTC+04:00)

İran rəsmiləri casusluqda şübhəli bilinən 17 nəfəri həbs edib.

Bu barədə "Tasnim" agentliyi İranın İnformasiya və Milli Təhlükəsizlik Nazirliyinə istinadən məlumat verib.

Agentliyin yazdığına görə, həbs olunanlar ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə (CIA) çalışıb.

Məlumata görə, onların bəziləri barəsində ölüm hökmü çıxarılıb.(report.az)

AzNews.az