Çavuşoğludan S-400-lə bağlı vacib açıqlama

22 İyul 2019 12:41 (UTC+04:00)

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, S-400 sistemləri 2020-ci ilin əvvəlində döyüş növbətçiliyinə başlayacaq.

Diplomatın sözlərinə görə, Ankara F-35 proqramından kənarlaşdırılmayıb. Bunu ABŞ prezidenti Donald Tramp istəmir və o, Osakada keçirilən G20 sammitində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana söz verib. Konqresin qərarlarını rədd etmək üçün onun səlahiyyətləri vardır.

"S-400 2020-ci ilə qədər qurulacaq", - deyə Çavuşoğlu qeyd edib.

Mövlud Çavuşoğlu Rusiyanın S-400 zenit raket sistemlərini Amerikanın Patriot zenit-raket kompleksləri ilə müqayisə edib.

Diplomatın sözlərinə görə, Rusiyanın S-400-ləri müdafiə vasitələridir və bundan sərbəst istifadə olunmalıdır. O, ABŞ-ın Türkiyəyə qarşı sanksiyaların tətbiqinə əsas görmədiyini vurğulayıb.

"Rusiyanın" S-400 "ləri Amerika “Patriot"u ilə müqayisədə daha inkişaf etmiş HHM sistemləridir", — deyə Çavuşoğlu bildirib.

Babək Göyüş

AzNews.az